Modern.az

Neftin qiyməti proqnozları üstələyib

Neftin qiyməti proqnozları üstələyib

24 May 2023, 11:00

Ötən il “Azeri Light” markalı neftin bir barelinin orta illik qiyməti 103,6 ABŞ dolları səviyyəsində qərarlaşıb.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatda qeyd olunub. 

 

Qlobal iqtisadiyyatda və əmtəə bazarlarında hökm sürən qeyri-müəyyənliklər fonunda neft və təbii qaz qiymətləri proqnozları üstələyib. Bu, 2021-ci ildəki orta qiymətdən 44,7 faiz, 2022-ci ilin dövlət büdcəsinin yenidən baxılması zamanı əsas götürülmüş göstəricidən 21,8 faiz çox olub.

 

Enerji daşıyıcılarının yüksək qiymətləri əsasən Rusiya və Ukrayna arasında hərbi toqquşmaların baş verməsi, münaqişə səbəbindən sanksiyaların, ixrac və qiymət məhdudiyyətlərinin tətbiq olunması, eləcə də OPEC+ ölkələri arasında neft hasilatı səviyyəsinin azaldılmasına dair razılığın əldə edilməsi ilə bağlı olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir