Modern.az

Qeyri-neft sektoru üzrə mənfəət vergisi artıb

Qeyri-neft sektoru üzrə mənfəət vergisi artıb

İqtisadiyyat

24 May 2023, 11:00

Ötən il qeyri-neft sektorunda mənfəət vergisi üzrə daxilolma 2612,2 milyon manat təşkil edib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatda qeyd olunub. 

 

Bu da 2400,0 milyon manat proqnoza nisbətən 212,2 milyon manat və ya 8,8 faiz, 2021-ci illə müqayisədə isə 804,7 milyon manat və ya 44,5 faiz çoxdur.

 

Qeyri-neft sektoru üzrə mənfəət vergisinin proqnoza nisbətən artıq icra olunmasının səbəbi proqnozun tərtibi zamanı istifadə olunan ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqnozları ilə faktiki icra göstəriciləri arasında kənarlaşmaların olması ilə əlaqədardır. Belə ki, qeyri-neft ÜDM-in həcmi mənfəət vergisi üzrə proqnozun hesablanması zamanı istifadə olunan göstəricidən 4160,5 milyon manat çox olaraq 69 826,0 milyon manat, real artım 3,6 faiz bənd çox olaraq 9,1 faiz, inflyasiya (İQİ) isə 1,4 faiz bənd çox olaraq 13,9 faiz təşkil edib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı