Modern.az

Gömrük gəlirləri proqnozdan artıq olub

Gömrük gəlirləri proqnozdan artıq olub

İqtisadiyyat

24 May 2023, 11:04

2022-ci ildə gömrük rüsumları üzrə gəlirlər 1300,0 milyon manat proqnoza qarşı icra 1420,0 milyon manat təşkil edib, yəni gözləniləndən 120,0 milyon manat (9,2 faiz) çox olub.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatda qeyd olunub. 

 

Bu, 2021-ci illə müqayisədə isə 214,5 milyon manat və ya 17,8 faiz çoxdur. Gömrük rüsumları üzrə artıq icranın əsas səbəbi 2022-ci ildə faktiki idxalın makroiqtisadi proqnozlarda nəzərdə tutulduğundan çox olması ilə bağlıdır.

 

Belə ki, 2022-ci ildə idxalın həcmi 12000,0 milyon ABŞ dolları proqnoza qarşı 14539,9 milyon ABŞ dolları və ya 2539,9 milyon ABŞ dolları (21,2 faiz) çox olub. Eyni zamanda gömrük rüsumuna cəlb olunan idxalın 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 1029,7 milyon ABŞ dolları və ya 19,6 faiz artması gömrük rüsumları üzrə əlavə daxilolmalara səbəb olub. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü