Modern.az

Prezidentin ehtiyat fondundan nə qədər vəsait istifadə edilib?

Prezidentin ehtiyat fondundan nə qədər vəsait istifadə edilib?

24 May 2023, 11:01

2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 517,9 milyon manat məbləğində vəsait istifadə olunub.

 

Modern.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb. 

 

Bu vəsaitin 486,7 milyon manatı və ya 94,0 faizi əsaslı xərclərin, 31,2 milyon manatı və ya 6,0 faizi cari xərclərin maliyyələşdirilməsinə yönəldilib. 

 

Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan istifadə olunmuş vəsaitin 457,1 milyon manatı xüsusi müdafiə təyinatlı layihələrin, 29,6 milyon manatı infrastrukturyönlü sahələrin, 26,2 milyon manatı sosialyönlü sahələrin, 5,0 milyon manatı isə digər sahələrin maliyyələşdirilməsinə sərf olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı