Modern.az

Xarici yardımlara 11 milyon manat sərf olunub

Xarici yardımlara 11 milyon manat sərf olunub

24 May 2023, 11:06

Xarici yardımlar üzrə xərclər üçün 11,0 milyon manat məbləğində vəsait sərf olunub.

 

Modern.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb. 


Beynəlxalq təşkilatlara yardımlar üzrə 2,6 milyon manat (Beynəlxalq Qızıl Xaç Komitəsinə (ICRC), BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına (BMTİHAK), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına (UNHCR), BMT-nin Əhali Fonduna (UNFPA), Beynəlxalq Antikorrupsiya Akademiyasına, BMT-nin Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fonduna,  IFAD-a, Miqrasiya üzrə Çoxtərəfli Etimad Fonduna, BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat), BMT Baş Assambleyasının 77-ci Sessiyasının Sədrinin Ofisinin Etimad Fonduna), beynəlxalq maliyyə institutlarına yardımlar üzrə 5,0 milyon manat (Beynəlxalq İnkişaf Assosiasiyasına, AİB-nin Asiya İnkişaf Fonduna, “Azərbaycan Respublikası Hökuməti ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında Azərbaycan Respublikasının Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Regional Tərəfdaşlıq Fondunda iştirakı ilə əlaqədar ianə haqqında Saziş” üzrə), beynəlxalq təşkilatların Azərbaycan Respublikasının ərazisində yerləşən ofislərinin fəaliyyətinə yardımlar üzrə 3,0 milyon manat (Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinə, Aviasiya və Hava Məkanından İstifadə üzrə Səlahiyyətli Nümayəndələrin Dövlətlərarası Şurasına, “Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yaradılması və Texniki Yardımın göstərilməsi haqqında” Sazişdən irəli gələn töhfə), baş vermiş təbii fəlakətlər və humanitar böhranla bağlı xarici ölkələrə birbaşa yardımlar üzrə 235,0 min manat (Surinam Respublikasına baş vermiş təbii fəlakət, Əfqanıstanda baş vermiş zəlzələ, Cənubi Sudan, Efiopiya, Əfqanıstan, Somali və Yəmənə iqlim fəlakətlərinin və münaqişələrin baş verməsi, eləcə də sosial vəziyyətin ağırlaşması səbəbindən yaranmış ərzaq çatışmazlığı probleminin aradan qaldırılmasına dəstək), humanitar böhranla bağlı beynəlxalq təşkilatlar vasitəsilə yardımlar üzrə 150,0 min manat (Fələstinli qaçqınlara yardım göstərilməsi məqsədilə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlar üzrə Yardım və İş Agentliyinə) və sair xərclər üzrə 79,0 min manat istifadə olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir