Modern.az

Azərbaycanda 459 hərbçiyə təmirli mənzil verilib

Azərbaycanda 459 hərbçiyə təmirli mənzil verilib

İqtisadiyyat

24 May 2023, 11:19

Keçən il Azərbaycanda 459 hərbçiyə tam təmirli mənzil verilib.

 

Modern.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.

 

Bildirilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının mənzillə təmin edilməsi məqsədilə 35 milyon manat məbləğində vəsait ayrılıb. Həmin vəsait hesabına Bakı şəhərində 453 ədəd və Sumqayıt şəhərində 6 ədəd cəmi 459 ədəd tam təmirli mənzil alınıb və hərbi qulluqçuların mülkiyyətinə verilməsi rəsmiləşdirilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?