Modern.az

"Günay Bank"ın kompensasiyaları nə vaxt ödəniləcək?

İqtisadiyyat

26 May 2023, 21:55

Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarı ilə “Günay Bank” ASC müflis elan edilib və Əmanətlərin Sığortalanması Fondu adıçəkilən bankın ləğvedicisi təyin olunub.

 

Fonddan Modern.az-a bildirilib ki, kompensasiyaların ödənilməsi iyunun 19-dan başlayaraq həyata keçiriləcək.

 

"Əmanətlərin sığoratalanması haqqında" Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

 

Kompensasiyaların ödənilməsi üçün sənəd qəbulunun yeri barədə əlavə məlumat veriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır