Modern.az

Mask yenidən dünyanın ən varlı adamı oldu

Mask yenidən dünyanın ən varlı adamı oldu

1 İyun 2023, 08:16

"Tesla" və "Space X" şirkətlərinin qurucusu İlon Musk "Bloomberg"in milyarderlər indeksində yenidən dünyanın ən varlı adamları siyahısında birinci yerə yüksəlib.

 

Modern.az xəbər verir ki, bu barədə reytinqin saytında məlumat yayılıb.

 

Maskın sərvəti 192 milyard dollar qiymətləndirilir. LVMH (Moet Hennessy - Louis Vuitton) şirkətinin sahibi Bernard Arno 187 milyard dollar sərvəti ilə ikinci yerə düşüb.

 

"Forbes" reytinqində isə Bernard Arno hələ də dünyanın ən varlı adamıdır, onun sərvəti 215 milyard dollardır. Həmin siyahıda İlon Mask 200 milyard dollarlıq sərvətlə ikincidir.

 

Bernard Arno 2022-ci ilin dekabrında "Bloomberg"in reytinqində İlon Maskı ötüb. Müşahidəçilər bunun texnologiya sənayesindəki çətinliklərlə bağlı olduğunu düşünür. Parisdə yerləşən "Euronext" birjasında ticarət zamanı LVMH şirkətinin səhmləri 2,6% ucuzlaşdığından iş adamları indi yerlərini dəyişiblər. Bernard Arnault bir gündə 11,2 milyard dollar itirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər