Modern.az

Axtarışda olan sabiq müstəntiq tutuldu

Axtarışda olan sabiq müstəntiq tutuldu

1 İyun 2023, 17:08

Binəqədi Rayon Prokurorluğunun beynəlxalq axtarışda olan sabiq əməkdaşı Adil Qədirov tutulub.

 

Modern.az-ın məlumatına görə, DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, axtarışda olan şəxs polisin keçirdiyi tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

 

Qeyd edək ki, 2014-cü ildən Binəqədi Rayon Prokurorluğunun sabiq əməkdaşı, 1958-ci il təvəllüdlü Qədirov Adil Rəsul oğlu Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.

 

A. Qədirov Azərbaycanda olmadığından onun tutulması üçün İnterpola müraciət edilib.

 

O, əvvəllər Binəqədi Rayon Prokurorluğunda müstəntiq vəzifəsində çalışıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür