Modern.az

Komitə sədrindən büdcə açıqlaması: Tələblərə uyğundur

Komitə sədrindən büdcə açıqlaması: Tələblərə uyğundur

İqtisadiyyat

2 İyun 2023, 11:30

Dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinə yenidən baxılması zərurəti yarandıqda və bu zərurətin cari il üçün dövlət büdcəsi layihəsinin tərtibi və təsdiqi zamanı nəzərə alınması mümkün olmamışdırsa, qanunvericilik təşəbbüsü qaydasında və Konstitusiyanın 109-cu maddəsinin 2-ci bəndi nəzərə alınmaqla mayın 15-dən tez və oktyabrın 15-dən gec olmayaraq cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Milli Məclis qarşısında məsələ qaldırıla bilər.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili rəhbərlik etdiyi komitənin və parlamentin Əmək və sosial siyasət komitəsinin birgə iclasında bildirib.

 

“2023-cü ilin yenidən baxılan dövlət büdcəsinin layihəsi, onunla birlikdə hazırlanan və təqdim olunan sənədlər “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə uyğundur. Qanun layihəsinə dair izahatda 2023-cü il ərzində ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsinin, “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair l Dövlət Proqramı”nın icrasının, dövlət borcunun idarə edilməsi üzrə yeni yanaşmanın tətbiqinin və digər zəruri tədbirlərin dövlət büdcəsi qarşısında əlavə maliyyə tələbatını formalaşdırdığı, həmin tələbatın dövlət büdcəsinin neft-qaz və qeyri-neft/qaz sektoru üzrə əlavə gəlirləri, mövcud ehtiyatları və kəsirin genişləndirilməsi hesabına maliyyələşdirilməsi üçün “Büdcə sistemi haqqında” qanunun 23-cü maddəsinə uyğun olaraq, dövlət büdcəsinə yenidən baxılması ehtiyacının yarandığı qeyd edilib", - deyə komitə sədri qeyd edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır