Modern.az

Azərbaycanda dizel istehsalına BAŞLANILIR

Azərbaycanda dizel istehsalına BAŞLANILIR

İqtisadiyyat

2 İyun 2023, 16:13

Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyata keçirilən yenidənqurma və modernləşdirmə layihəsi çərçivəsində “Avro-5” standartlarına uyğun avtomobil benzinin istehsalına 2024-cü ilin birinci rübündə başlanılması nəzərdə tutulur.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, bu barədə SOCAR-ın Caspian Oil&Gas sərgisindəki stendində bildirilib.

 

Məlumata görə, 2023-cü ilin ikinci rübündən etibarən dizel yanacağı istehsalına başlanılıb.

 

Qeyd olunub ki, NEZ öz işinə 1953-cü ildə başlayıb və indiyədək müəssisə tərəfindən 364 mln. ton neft emal edilib. Vurğulanıb ki, zavod 30 adda məhsul istehsal edir, istehsal edilən məhsulların 10%-i ixrac olunur.

 

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!