Modern.az

“Türk axını” ilə qaz nəqli dayandırılacaq

“Türk axını” ilə qaz nəqli dayandırılacaq

3 İyun 2023, 07:48

İyunun 5-dən 12-dək “Türk axını” qaz kəmərində plana uyğun olaraq illik texniki xidmət işləri aparılacaq. Bu müddət ərzində qazın nəqli dayandırılacaq.


Modern.az xəbər verir ki, bu barədə “Qazprom”un mətbuat xidməti məlumat yayıb.


Mətbuat xidməti qeyd edib ki, planlaşdırılan təmir bütün maraqlı tərəflərlə əvvəlcədən razılaşdırılıb.

 

2019-cu ildə istifadəyə verilən “Türk axını” qazın Rusiyadan Türkiyəyə, həmçinin Cənubi və Cənub-Şərqi Avropaya tranzitini həyata keçirir. Layihə gücü 31,5 milyard kubmetrdir. Qaz kəmərinə planlı texniki qulluq işləri hər il yay aylarında aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür