Modern.az

OPEC+ ölkələri neft hasilatını daha da AZALDACAQ

OPEC+ ölkələri neft hasilatını daha da AZALDACAQ

İqtisadiyyat

3 İyun 2023, 14:54

OPEC+ ölkələri neft hasilatının daha da azaldılmasını müzakirə edirlər. 

 

Modern.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Reuters" agentliyi məlumat yayıb.

 

Məlumata görə, hazırda üzv ölkələr gündəlik neft hasilatını daha 1 milyon barel azaltmaq niyyətindədir. Təşkilat bundan əvvəl neft hasilatını 2 milyard və aprel ayında isə 1.6 milyard barel azaldıb. 

 

Agentliyin fikrincə, hasilatın azalması neftin qiymətinin bir barel üçün 75 dollara düşməsi və bazar analitiklərinin təklif bolluğundan danışması ilə bağlıdır. Qərar OPEC+ üzvləri tərəfindən təsdiqlənərsə, azalmaların həcmi sutkada 4,66 milyon barel və ya qlobal tələbatın 4,5%-ni təşkil edəcək.

 

Qeyd edək ki, iyunun 4-də Vyanada OPEC+ üzvü olan ölkələrin nümayəndələrinin görüşü keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır