Modern.az

OPEC+ ölkələrinin nazirləri bu gün görüşür 

OPEC+ ölkələrinin nazirləri bu gün görüşür 

4 İyun 2023, 08:23

OPEC+ ölkələrinin nazirləri bu gün Vyanada görüşəcəklər.

 

Modern.az xəbər verir ki, görüş zamanı alyansın neft hasilatı ilə bağlı gələcək planlar müzakirə olunacaq.

 

Qeyd edək ki, nazirlərin son görüşü 2022-ciu ilin oktyabrında keçirilib və tərəflər noyabr ayından hasilatı sutkada 2 milyon barel (b/d) azaltmağa razılaşıblar.

 

Bu ilin aprelində bir neçə OPEC+ ölkəsi may ayından 2023-cü ilin sonuna qədər neft hasilatının könüllü olaraq əlavə azaldacağını elan edib. Bu azalmanın ümumi həcmi Rusiyanın payı ilə birlikdə sutkada 1,66 milyon barel təşkil edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir