Modern.az

Pərviz Şahbazov “OPEC plus” görüşünə qatılacaq

Pərviz Şahbazov “OPEC plus” görüşünə qatılacaq

İqtisadiyyat

4 İyun 2023, 09:44

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qaysın dəvəti ilə Avstriyaya səfər edib.

 

Bu barədə "Modern.az"a nazirlikdən bildirilib.

 

Nazir bu gün Vyana şəhərində keçiriləcək OPEC və qeyri-OPEC ölkələrinin 35-ci nazirlər iclasında iştirak edəcək.

 

Qeyd edək ki, iclas çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!