Modern.az

OPEC+ neft hasilatını azaltmaq barədə razılığa gəldi

OPEC+ neft hasilatını azaltmaq barədə razılığa gəldi

İqtisadiyyat

4 İyun 2023, 20:40

OPEC+ ölkələri 2024-cü il üçün neft hasilatının səviyyəsini sutkada 40,46 milyon barel səviyyəsində saxlamaq barədə razılığa gəliblər.

 

Modern.az xəbər verir ki, bu barədə təşkilata üzv ölkələrin nazirlərinin iclasından sonra yayılan yekun sənəddə bildirilib.

 

Qərar 1 yanvar 2024-cü ildən 31 dekabr 2024-cü ilə qədər qüvvədə olacaq. Növbəti iclas noyabrın 26-na təyin edilib.

 

Qərara əsasən, OPEC+ ölkələri hasilatı sutkada 1,393 milyon barel azaldacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi