Modern.az

Türkiyə boğazlardan keçid rüsumunu ARTIRIR

Türkiyə boğazlardan keçid rüsumunu ARTIRIR

5 İyun 2023, 08:38

Türkiyə iyulun 1-dən gəmilərin Bosfor və Çanaqqala boğazlarından keçməsinə görə rüsumları 8.3% artıracaq. 

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin “Aydınlıq” qəzeti Nəqliyyat və İnfrastruktur Nazirliyi yanında Dənizçilik Baş İdarəsinin qərarına istinadən məlumat yayıb. 

 

Rüsum 1936-cı ildə Montrö Konvensiyasının imzalanmasından bəri qızıl frankı əsasında hesablanır. İmzalanan zaman qızıl frankı 0,8 dollara bərabər idi.

 

Qəzetin yazdığına görə, bir ticarət gəmisinin xalis tonajı üçün qızıl frankının dəyəri 4,42 dollar olaraq təyin edilib. Beləliklə, artım 8,3% təşkil edəcək.

 

Məlumata görə, əvvəlki illərdə gəmilərin keçidindən əldə edilən gəlir təxminən 160-170 milyon dollar təşkil edirdi. 2023-cü ildə bu, 900 milyon dollara çata bilər.

 

Qeyd edək ki, oktyabr ayında Türkiyə rəsmiləri rüsumları 5 dəfə artıraraq 4,08 dollara çatdırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir