Modern.az

OPEC+ qərarından sonra neftin qiyməti artır

OPEC+ qərarından sonra neftin qiyməti artır

İqtisadiyyat

5 İyun 2023, 10:34

OPEC+ üzv ölkələrin 2024-cü ildən hasilatı sutkada daha 1,4 milyon barel azaltmaq qərarından sonra dünya bazarında neftin qiyməti artır.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, ticarət məlumatlarına əsasən, "Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti Moskva vaxtı ilə saat 8:50-ə 1,18% artaraq 77,03 dollar/barelə, "West Texas Intermediate" markalı neftin iyul fyuçersləri 1,16% bahalaşaraq 72,57 dollar/barel təşkil edir.

 

İyunun 4-də OPEC rəsmi olaraq elan edib ki, OPEC+ 2024-cü ildən etibarən ümumi neft hasilatını gündəlik 40,46 milyon barrelə uyğunlaşdırmağa razılaşıb. Müqavilənin özü 2025-ci ilə qədər uzadılıb.

 

Rusiyanın rəsmi kvotası sutkada 650 min barel azalaraq, 9,8 milyon barelə enəcək. Nəticədə gələn il Rusiya Federasiyasında real hasilat 2022-ci ildəki təqribən 9,9 milyon barelə qarşı sutkada 9,3 milyon barelə qədər azalmalıdır.

 

OPEC+ Nazirlərinin 36-cı Toplantısının 2023-cü il noyabrın 26-da Vyanada keçirilməsi planlaşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır