Modern.az

Taleh Kazımov AMB-də yoxlama məsələsinə aydınlıq gətirdi

Taleh Kazımov AMB-də yoxlama məsələsinə aydınlıq gətirdi

İqtisadiyyat

5 İyun 2023, 11:48

Hesablama Palatasının Mərkəzi Bankın yalnız bir fəaliyyətini yoxlaması məsələsinə aydınlıq gətirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında danışıb.

 

"Dünyada belə bir praktika yoxdur ki, hansısa üçüncü qurum gəlib Mərkəzi Bankın monetar siyasətinin auditini etsin. Hesablama Palatası da bunu başa düşür ki, AMB-nin monetar siyasətinin auditini həyata keçirə bilməz. Qurumlar arasında anlaşma olub. Buna görə də Hesablama Palatası Mərkəzi Bankın yalnız inzibati-təsərrüfat fəaliyyətini yoxlaya biləcək”, - deyə sədr bildirib.

 

Bu xəbər ilə bağlı
Palata AMB-nin yalnız bir fəaliyyətini yoxlaya biləcək
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü