Modern.az

Valyuta mübadilə məntəqələri yeni formada yaradılacaq

Valyuta mübadilə məntəqələri yeni formada yaradılacaq

İqtisadiyyat

5 İyun 2023, 11:55

Azərbaycanda yeni formada valyuta mübadilə məntəqələri formalaşdırılacaq.

 

Modern.az xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.

 

Onun sözlərinə görə, “Mərkəzi Bank haqqında” qanuna dəyişiklikdə bu məsələ nəzərdə tutulub.

 

"Valyuta mübadilə məntəqələrinin fəaliyyəti müstəsna fəaliyyət kimi nəzərdə tutulur. Kiçik yox, institusional valyuta mübadilə şöbələrinin yaradılması planlaşdırılır”, - deyə AMB sədri qeyd edib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı