Modern.az

Taleh Kazımov hansı bankların bağlanacağını AÇIQLADI

Taleh Kazımov hansı bankların bağlanacağını AÇIQLADI

5 İyun 2023, 12:08

Maliyyə sektoru hansısa aptek və ya yanacaq doldurma biznesi deyil.

 

Modern.az xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.

 

AMB sədri çıxışı zamanı bankların bağlanması məsələsinə də toxunub.

 

“Maliyyə sektoru mütəmadi nəzarət altındadır. Bəzi banklar çox aktivdir, bəzilərinin fəaliyyəti normaldır, bəzisi isə problemlidir, həcmindən asılı olmayaraq bütün maliyyə sektoruna xələl gətirə bilər. Ona görə də bankların bağlanmasını istəməzdim. Amma böyük problemi olan təşkilatlarda vaxtında işlər görülməlidir. Görülməyibsə və ya görülən işlərin faydası yoxdursa, onlar bağlanmalıdır. Çünki maliyyə sektoru iqtisadiyyatın real sektorunun mərkəzindədir. Orada olan problemlər bütün iqtisadiyyatımıza təsir edəcək”, - deyə o bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?