"Şimal-Cənub magistralının Sisian-Qacaran hissəsinin tikintisi üçün tezliklə tender elan olunacaq".
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın maliyyə naziri Vahe Hovhannisyan parlamentdə bildirib.
O qeyd edib ki, hazırda layihə Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilir.
"Onun dəyəri təxminən 1 milyard dollardır, lakin yekun məbləğ müsabiqənin sonunda bəlli olacaq", - nazir vurğulayıb.