Modern.az

\"Bakı Fond Birjası\"nın dövriyyəsi 15 % azalıb

\

7 İyun 2023, 12:08

Bu ilin yanvar-may aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 6 milyard 334,502 milyon manat təşkil edib.

 

Modern.az xəbər verir ki, bu barədə QSC-dən məlumat verilib.

 

Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,6 % azdır. Son 1 ildə bağlanmış əqdlərin sayı isə 6,4 % artaraq 4 452 olub.

 

BFB-nin dövriyyəsinin 39,1 %-i, yaxud 2 477,222 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 40,1 % azdır.

 

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 27,5 % artaraq 562,320 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 16 % artaraq 3 294,860 milyon manat olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi