Modern.az

Qlobal iqtisadiyyat yavaşlamağa davam edəcək - Putin

Qlobal iqtisadiyyat yavaşlamağa davam edəcək - Putin

7 İyun 2023, 13:38

"Proqnozlara görə, 2023-cü ildə qlobal iqtisadiyyat yavaşlamağa davam edəcək".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin söyləyib.

 

"Lakin Rusiyanın ÜDM-i 1-2% arta bilər", - o əlavə edib.

 

Putin sanksiyaların ağır nəticələrini aradan qaldırmaq üçün çox işlər görən rusiyalı iş adamlarına təşəkkür edib.

 

"Bu gün əksər ölkələr həm siyasi, həm də iqtisadi müstəqilliyini təmin etməyə çalışır. İndi Rusiya Federasiyası üçün açılan imkanlardan maksimum istifadə etmək və texnoloji və maliyyə suverenliyinə nail olmaq üçün diqqəti yönəltmək vacibdir. Rusiyanın işgüzar dairələri bugünkü iqtisadi reallıqlarda fəal şəkildə fəaliyyət göstərir", - Rusiya prezidenti bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir