Modern.az

Lirə ucuzlaşaraq tarixi minimuma endi

Lirə ucuzlaşaraq tarixi minimuma endi

İqtisadiyyat

8 İyun 2023, 13:42

Türkiyənin milli valyutası olan lirə ucuzlaşaraq tarixi minimuma enib.

 

Modern.az xəbər verir ki, hazırda bir dolların məzənnəsi 23,3 - 23,4 lirə arasında dəyişir.

 

Ümumilikdə lirə iyunun 5-dən başlayaraq kəskin dəyər itirməkdədir. Analitiklər devalvasiyanı Mərkəzi Bankın maliyyə və fond bazarında intervensiya aparmaması ilə əlaqələndirirlər.

 

Qeyd edək ki, yerli iqtisadçılar Türkiyə lirəsinin 7,5 faiz ucuzlaşdığı çərşənbə gününü milli valyuta üçün son 1,5 ilin ən pis günü hesab edir. İyunun 7-də milli valyutanın dəyəri bir dollara nisbətdə 23,5 lirəyə qədər ensə də, hərraclar 23,3 lirə səviyyəsində bağlanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı