Modern.az

Cari əməliyyatlar hesabının profisiti 14,6% azalıb

Cari əməliyyatlar hesabının profisiti 14,6% azalıb

8 İyun 2023, 15:24

2023-ci ilin birinci rübündə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının (CƏH) profisi 3,4 milyard dollar təşkil edib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

 

Bu ötən ilin eyni dövrünə nisbətən 14,6% azdır. Qeyd edək ki, 2022-ci ilin birinci rübündə CƏH-in profisiti 3,9 milyard dollar təşkil edib.

 

Cari əməliyyatlar hesabının ÜDM-də payı18.9%-ni təşkil edib. Neft-qaz sektoru üzrə CƏH-in profisiti ötən ilin müvafiq dövrünə nəzərən 2.9 dəfə artaraq 5.5 mlrd. dollar, qeyri-neft sektoru üzrə CƏB-in kəsiri isə 18.2% artaraq 1.5 mlrd. dollar məbləğində olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər