Modern.az

Paşinyan MDB-nin iclasında iqtisadi əməkdaşlıqdan DANIŞDI

Paşinyan MDB-nin iclasında iqtisadi əməkdaşlıqdan DANIŞDI

8 İyun 2023, 17:00

"İrəvan MDB məkanında qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirməyə konstruktiv yanaşır".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Avrasiya Hökumətlərarası Şurasının iclasında Ermənistan baş naziri Nikol Paşinyan bildirib.

 

"Ermənistan xidmətlərin azad ticarəti, yaradılması, istismarı və sərmayə qoyuluşu haqqında sazişi MDB məkanında investisiya fəaliyyətinin inkişafına yeni təkan vermək üçün yaxşı imkan hesab edir. Sənaye əməkdaşlığının inkişafı üçün konsepsiya və tədbirlər kompleksinin qəbul edilməsi də vacibdir", - o qeyd edib.

 

"İrəvan həmçinin radiasiya şəraiti sahəsində əməkdaşlıq haqqında sazişin imzalanmasını dəstəkləyir, telekommunikasiya şəbəkələrində saxtakarlığa qarşı mübarizəni aktual hesab edir", - Paşinyan deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir