Modern.az

Tədiyyə balansının ümumi qalığı açıqlandı

Tədiyyə balansının ümumi qalığı açıqlandı

İqtisadiyyat

8 İyun 2023, 18:28

Cari ilin birinci rübü üzrə tədiyə balansı əsasən neft və qaz qiymətlərinin əlverişli olması, qeyri-neft-qaz ixracının artması və kapitalın və maliyyənin hərəkəti hesabında müsbət meyillərdən təsirlənib.

 

Modern.az Mərkəzi Banka istinadla xəbər verir ki, hesabat dövründə Azərbaycanın tədiyə balansının ümumi qalığı 3 milyard 453,8 milyon ABŞ dolları təşkil edib.

 

Cari əməliyyatlar balansında 3.4 milyard dollar, kapital və maliyyənin hərəkəti hesabında isə 1.3 milyard dollar profisit yaranıb, ehtiyat aktivləri 3.5 milyard dollar artıb. Bu dövrdə xam neftin orta qiyməti 85 dollar/barel olub, qeyri-neft-qaz ixracı isə 27 faiz artaraq 900 milyon dollar səviyyəsində formalaşıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü