Modern.az

Ərdoğan Mərkəzi Banka qadın rəhbər təyin etdi - BİR İLK

Ərdoğan Mərkəzi Banka qadın rəhbər təyin etdi - BİR İLK

İqtisadiyyat

9 İyun 2023, 08:10

Türkiyə Mərkəzi Bankının sədri Şahap Kavcıoğlu vəzifəsindən azad edilib, onun yerinə Hafize Qaye Erkan təyinat alıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.

 

Uzun illər yaşadığı ABŞ-dan Türkiyəyə qayıdan Hafize Qaye Erkan Mərkəzi Bankın ilk qadın prezidenti olub.

 

Qeyd edək ki, Hafize Qaye Erkan 1982-ci ildə anadan olub. 2001-ci ildə Boğaziçi Universitetini bitirdikdən sonra təhsilini ABŞ-nin Prinston Universitetində davam etdirib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi