Modern.az

Lirə yeni anti-rekorda imza atdı

Lirə yeni anti-rekorda imza atdı

İqtisadiyyat

9 İyun 2023, 10:52

Türkiyənin milli valyutası yeni anti-rekorda imza atıb.

 

Modern.az xəbər verir ki, birja məlumatlarına görə, dünən gecə saatlarından etibarən 1 ABŞ dolları 23 lirə 60 qəpik olub. Bir avro isə 25 lirə 33 qəpik təşkil edir.

 

Türkiyənin yeni maliyyə naziri Mehmet Şimşək iqtisadi vəziyyətin pisləşməsinə münasibət bildirib. 

 

"Türkiyənin rasional əsasa qayıtmaqdan başqa çarəsi yoxdur. Qaydalara əsaslanan Türkiyə iqtisadiyyatı arzulanan rifahın əldə edilməsində əhəmiyyətli olacaq. Makro maliyyə sabitliyinə üstünlük verəcəyik", - deyə nazir bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi