Modern.az

Banklar filial açmaq üçün AMB-dən icazə almayacaq

Banklar filial açmaq üçün AMB-dən icazə almayacaq

9 İyun 2023, 12:44

Hesablama Palatasının auditinin Mərkəzi Bankın yalnız inzibati-təsərrüfat fəaliyyətinin əhatə etməsi təklif olunur.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” və bu sahəyə aid digər qanunlara təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib.

 

Komitə sədri bildirib ki, banklarda baş mühasib, filial rəhbəri, daxili audit xidmətini rəhbəri və digər rəhbər şəxslər üçün attestasiya tələbinin ləğv edilməsi kimi yeniliklər gözlənilir.

 

T.Mirkişili, həmçinin qeyd edib ki, banklar filial açmaq üçün Azərbaycan Mərkəzi Bankından icazə almayacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu