Modern.az

Nüfuzlu təşkilatdan manatın məzənnəsi ilə bağlı PROQNOZ 

Nüfuzlu təşkilatdan manatın məzənnəsi ilə bağlı PROQNOZ 

İqtisadiyyat

10 İyun 2023, 12:27

Nüfuzlu “S&P Global Ratings” reytinq agentliyi Azərbaycan manatı ilə proqnoz verib.

 

Modern.az xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycan üzrə hesabatında qeyd olunub.

 

Təşkilat ABŞ dolları/Azərbaycan manatı məzənnəsinin 2026-cı ilə kimi 1.70 səviyyəsində qalacağını müəyyən edib.

 

"Biz güman edirik ki, ABŞ Dolları/Azərbaycan manatı məzənnəsi 1,70 səviyyəsində sabit saxlanılacaq. Bu, rəsmi orqanların xarici valyuta bazarına müntəzəm müdaxilələri ilə dəstəklənir. Buna baxmayaraq, bizim fikrimizcə, karbohidrogen (neft və qaz) qiymətləri kəskin şəkildə aşağı düşərsə və uzun müddət aşağı qalarsa, Azərbaycan rəsmiləri məzənnəyə düzəlişlər etməyi düşünə bilər. Bu, Mərkəzi Bankın 2015-ci ildəki tədbirləri kimi xarici valyuta buferlərinin əhəmiyyətli dərəcədə itkisinin qarşısını almağa kömək edəcək",- məlumatda bildirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır