Ötən iclasda Türkiyənin çek siyasətindən istifadə ilə bağlı təkliflər irəli sürüldü. Amma bizim mövqeyimiz bunun üçün beynəlxalq korporasiya ilə birgə işləməkdir.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
“Bu, Türkiyədə çox effektiv prosesdir. Türkiyədən fərqli olaraq biz bunu daha çox rəqəmsal kanallar vasitəsilə etmək istəyirik. Türkiyədə çek sistemi aktiv işləyir. Biz yenidən kağız daşıyıcıya qayıtmaq istəmirik. Bunun üçün rəqəmsal vasitələrdən istifadə etməyi planlaşdırırıq”, - deyə o bildirib.