Modern.az

Taleh Kazımov deputatın çıxışına etirazını bildirdi 

Taleh Kazımov deputatın çıxışına etirazını bildirdi 

İqtisadiyyat

12 İyun 2023, 12:00

"Əli Məsimlinin səsləndirdiyi fikirlər faktlara əsaslanmır. Bu fikirlər sadəcə fərziyyələrdən ibarətdir".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.

 

AMB sədri deputatın iradlarının əsassız olduğunu söyləyib: "Mərkəzi Bank tərəfindən səsləndirilən fikirlər tam faktlara əsaslanır. Amma burada qeyd olunan və bizə bildirilən məlumatlar sadəcə fərziyyədir. Biz statistikaya əsaslanıb məlumat bildiririk. Biz göstəricilərimizi hansı ölkə ilə müqayisə edirik? Xahiş edirəm digər ölkələrin inflyasiya dərəcələrinə baxın. Bəli, bəzi qonşu ölkələrdə inflyasiya aşağı düşür, çünki onlarda üzən məzənnə sistemi var. Amma bu, o demək deyil ki, Azərbaycanda inflyasiya yüksəkdir. Ona görə xahiş edirəm ki, mənə konkret başqa ölkələrdən faiz deyin, misal gətirin. Əli müəllim 2 faiz deyirsiniz, heç Amerikada 2 faizlik inflyasiya yoxdur”.

 

Qeyd edək ki, deputat Əli Məsimli Mərkəzi Bankın inflyasiya proqnozlarına inanmadıqlarını deyib.

Bu xəbər ilə bağlı
Mərkəzi Bankın proqnozlarına inanmırıq - Deputat
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi