Modern.az

Türk dövlətlərinin maliyyə-bank sektorları ilə əməkdaşlıq müzakirə edildi

Türk dövlətlərinin maliyyə-bank sektorları ilə əməkdaşlıq müzakirə edildi

İqtisadiyyat

13 İyun 2023, 15:11

Mərkəzi Bankın sədri Taleh Kazımov iyunun 13-də Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə Fintex Sammitində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkdilli Dövlətlərin Banklar Assosiasiyalarının rəhbər şəxsləri ilə görüşüb.

 

Modern.az xəbər verir ki, görüş zamanı müasir bank və maliyyə ekosisteminin inkişafı, innovativ həllər, rəqəmsal maliyyə texnologiyaları və təhlükəsizlik istiqamətində əməkdaşlıq, təcrübə mübadiləsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi sahəsində fikir mübadiləsi aparılıb.

 

Görüşdə, həmçinin Türkdilli dövlətlərin maliyyə-bank sektorları arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi