2022-ci ilin dekabrında Rusiya iki ildən sonra Şimali Koreyaya neft tədarükünü bərpa edib.
Modern.az xəbər verir ki, bu barədə BMT-nin hesabatında bildirilib.
Məlumata görə, 2022-ci ilin dekabrından bu ilin aprel ayına qədər Rusiya KXDR-ə təxminən 67 min barel neft tədarük edib.
Rusiya 2020-ci ilin oktyabrında KXDR-ə neft tədarükünü dayandırıb. Bir neçə il əvvəl Rusiya Federasiyası və Şimali Koreya dəmir yolu xətti ilə ticarəti bərpa ediblər.