Modern.az

Avropada qazın qiyməti 440 dollara yaxınlaşır

Avropada qazın qiyməti 440 dollara yaxınlaşır

İqtisadiyyat

15 İyun 2023, 12:40

Avropada qazın 1000 kubmetrinin qiyməti 440 ABŞ dollarına yaxınlaşır.

 

Modern.az xəbər verir ki, 15 iyun tarixində iyul fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 437,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (427,8 dollar) ilə müqayisədə 2,4% çoxdur.

 

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi