Modern.az

Avropa Mərkəzi Bankından vacib QƏRAR

Avropa Mərkəzi Bankından vacib QƏRAR

İqtisadiyyat

15 İyun 2023, 16:28

Avropa Mərkəzi Bankının Rəhbərlər Şurası iyunun 15-də keçirdiyi iclasda baza dərəcəsini 25 baza bəndi artıraraq 4%-ə çatdırıb.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, depozit dərəcəsi 3,5%-ə qədərdir.

 

Qısamüddətli kreditlər üçün isə bu rəqəm 4,25%-ə qədər ola bilər. Bu tariflər iyunun 21-dən qüvvəyə minəcək. Tənzimləyicinin saytında yayılan açıqlamaya görə, uçot dərəcəsinin artırılması qərarı onunla izah olunur ki, indi Avrozonada inflyasiyanın səviyyəsi azalır.

 

İnflyasiya hədəfi isə 2%-dir. Enerji və ərzaq qiymətləri nəzərə alınmadan inflyasiya proqnozuna yenidən baxılıb. 2023-cü ildə göstərici 5,1%, 2024-cü ildə 3%, 2025-ci ildə 2,3% olacaq. Avrozonada iqtisadi artım proqnozu aşağı salınıb. 2023-cü ildə iqtisadiyyatın 0,9%, 2024-cü ildə 1,5%, 2025-ci ildə 1,6% artacağı gözlənilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI