Modern.az

Xarici ticarət dövriyyəsi 12%-ə yaxın artıb

Xarici ticarət dövriyyəsi 12%-ə yaxın artıb

İqtisadiyyat

16 İyun 2023, 12:27

2023-cü ilin yanvar-may aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 22 953.07 milyon dollara bərabər olub ki, bu da ötən illin eyni dövrünə 11.7% çoxdur.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

 

Son bir ildə ölkə üzrə ixrac 4.5% artaraq 16 114.33 milyon ABŞ dollar, idxal isə 33.2% artaraq 6 838.74 milyon ABŞ dollarına yüksəlib.

 

Xarici ticarət dövriyyəsinə 9 275.59 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 9.8% az olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi