Modern.az

DSMF-nin gəlirlər və xərcləri artırıldı

DSMF-nin gəlirlər və xərcləri artırıldı

İqtisadiyyat

19 İyun 2023, 16:48

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri və xərcləri artırılıb.

 

Modern.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

 

Beləliklə, dövlət sosial müdafiə fondunun büdcəsinin gəlirlərinin 4 milyon manat artırılaraq 6 milyard 263 milyon 970 min manatdan 6 milyard 267 milyon 970 min manata, xərclərinin də müvafiq olaraq 4 milyon manat artırılaraq 6 milyard 263 milyon 970 min manatdan 6 milyard 267 milyon 970 min manata qaldırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi