Modern.az

Avropada təbii qaz 7 faiz bahalaşıb

Avropada təbii qaz 7 faiz bahalaşıb

İqtisadiyyat

21 İyun 2023, 10:57

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 420 ABŞ dollarına yaxınlaşıb.

 

Modern.az xəbər verir ki, 20 iyun tarixində iyul fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 419,8 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (393,3 dollar) ilə müqayisədə 6,7% çoxdur.

 

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi