Modern.az

Manatın nominal məzənnəsi 5%-dən çox artıb

Manatın nominal məzənnəsi 5%-dən çox artıb

İqtisadiyyat

21 İyun 2023, 11:28

“Azərbaycan Respublikasının tədiyə balansının profisitli olması valyuta bazarında da özünü göstərir”.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinə dair hesabatında bildirilib.


“2023-cü ilin 5 ayında Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 98%-də tələb təklifdən az olub. 2018-ci ildən bəri ilk dəfədir ki, cari ilin ötən dövründə banklar tərəfindən nağd ABŞ dollarının alışları satışları üstələyir. Bu dövrdə mütəşəkkil banklararası valyuta bazarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 45% çox olub. Manatın nominal effektiv məzənnəsi 2022-ci ildə 8.4%, 2023-cü ilin 5 ayında isə 5.1% möhkəmlənib. Son aylarda mövsümi amillər də inflyasiyaya azaldıcı təsir göstərir”, - məlumatda qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi