Bəzi ölkələr 4 günlük iş rejiminə keçib. 4 günlük iş rejiminin tətbiqinin iki istiqaməti var.
Modern.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.
O qeyd edib ki, səsləndirilən və real niyyət fərqli ola bilər.
“Bu özlüyündə araşdırılmalı mövzudur. Yalnız İqtisadiyyat Nazirliyi bunu edə bilməz. Bu ölkədən-ölkəyə fərqlənə bilər”, - deyə nazir müavini bildirib.