Modern.az

Ölkəmizdə 80 min ödəniş terminalı var

Ölkəmizdə 80 min ödəniş terminalı var

22 İyun 2023, 11:30

Azərbaycanda 80 min ödəniş terminalı var.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Mərkəzi Bankın baş direktoru Fərid Osmanov bildirib.

 

“Ödəniş terminallarından 55 mini Bakıda, 25 mindən artığı isə regionlarda yerləşir”,- deyə o bildirib.

 

Qeyd edək ki, deputat Rüfət Quliyev ölkədə ödəniş terminallarının sayı barədə sual ünvanlamışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi