Modern.az

Əməliyyatla bağlı dəqiq statistika apara bilmirik - Rəşad Orucov

Əməliyyatla bağlı dəqiq statistika apara bilmirik - Rəşad Orucov

22 İyun 2023, 11:33

“Bu gün elektron pul təşkilatları bazarında bəzi oyunçular var, amma onların əməliyyat həcmi ilə bağlı dəqiq statistikanı apara bilmirik”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Mərkəzi Bankının sədrinin birinci müavini Rəşad Orucov deyib.

 

“Yəqin ki, "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunun qəbulundan sonra statistika daha dəqiq olacaq. Amma bu sahəyə böyük maraq var və aktiv istifadəçilərin sayı daim artır”, - deyə o bildirib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi