Modern.az

Türkiyədə uçot dərəcələri artırıldı - 26 ay sonra ilk dəfə

Türkiyədə uçot dərəcələri artırıldı - 26 ay sonra ilk dəfə

22 İyun 2023, 15:06

Türkiyə Mərkəzi Bankı uçot dərəcələri ilə bağlı qərarını açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Bankın mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, uçot dərəcələri 26 aydan sonra ilk dəfə artırılıb. Dərəcələr 6.5% artararaq 15%-ə çatdırılıb.

 

Qeyd edək ki, ötən ay Türkiyədə keçirilən prezident seçkilərinin ardından Rəcəb Tayyib Ərdoğan ölkənin iqtisadiyyat komandasını dəyişib. Mehmet Şimşek maliyyə və xəzinə naziri, Hafize Gaye Erkan isə Mərkəzi Bankın sədri təyin edilib. Ərdoğan uçot dərəcələrinin aşağı olması ilə bağlı fikirlərinin dəyişmədiyini, ancaq iqtisadi komandanın qərarlarını qəbul etdiyini bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi