Modern.az

Bizdə kredit faizləri qonşu ölkələrdən aşağıdır - Taleh Kazımov

Bizdə kredit faizləri qonşu ölkələrdən aşağıdır - Taleh Kazımov

23 İyun 2023, 12:40

Azərbaycanda hüquqi və fiziki şəxslər üzrə kredit faizi qonşu ölkələrdən aşağıdır. 


Modern.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib. 


“Bildirim ki, Gürcüstanda hüquqi şəxslər üçün 14%, fiziki şəxslər üçün 18,6%-dir. Azərbaycanda isə bu rəqəm hüquqi şəxslər üçün 10,1%, fiziki şəxslər üçün isə 16,1 %-dir. Yüksək inflyasiya şəraitində kredit üzrə faizlərin azaldılmasını isə biz məqbul hesab etmirik”, - deyə AMB sədri qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi