Mərkəzi Bankın əsas siyasəti qiymətlərin sabitliyi ilə bağlıdır.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
“Ölkəmizin makroiqtisadi sabitliyinin təmin edilməsi üçün hansı siyasət tələb olunacaqsa, biz onu edəcəyik. Bu gün tələb sabit məzənnə rejimidir. Biz bunu da yerinə yetiririk. Həmçinin sabit məzənnə rejimi inflyasiyaya azaldıcı təsir edir. Bunu da nəzərə almaq lazımdır”, - deyə AMB sədri vurğulayıb.