Modern.az

Problemli kreditlərin həcmi bu dövrdə kəskin artıb

Problemli kreditlərin həcmi bu dövrdə kəskin artıb

İqtisadiyyat

10 İyul 2023, 11:18

2015-ci ildə ölkə üzrə kreditləşmənin həcmi rekord səviyyədə - 21,7 milyard manat təşkil etmişdi.

 

Modern.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Bakıda keçirilən "Bank mübahisələrinin uğurlu həlli yollar" mövzusunda Elmi-Praktik Konfrasında bildirib.


“2015-ci ildə ölkə üzrə kreditləşmənin həcmi rekord səviyyədə - 21,7 milyard manat təşkil etmişdi. Devalvasiyadan sonrakı iki ildə isə kredit qoyuluşunun həcmi azaldı, çünki sistem yaradıcı qurum olan Beynəlxalq Bankın kreditlərinin digər quruma ötürülməsi və bankların iqtisadiyyata pul ayırmasının məhdudlaşdırması öz təsirini göstərdi.  

 

Xatırladaq ki, problemli kreditlər termininin daha çox işləndiyi və onun xüsusi çəkisinin artdığı zaman intervalı-2017-19 cu illərdə bank sektorunda kreditləşmənin həcmi 5 milyard manat, 2018-ci ildə 7,6 milyard manat, ümumilikdə, 2018-2019-cu illərdə 14,5 milyard manat təşkil edib ki, bunun da 8,1 milyard manata yaxını biznes kreditləri, 6,4 milyard manatı istehlak kreditləri olub”, - STM rəhbəri qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi