Modern.az

Azərbaycan nümayəndə heyəti İranda - İclas keçirilir

Azərbaycan nümayəndə heyəti İranda - İclas keçirilir

İqtisadiyyat

11 İyul 2023, 12:24

“Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi üzrə yaradılan Azərbaycan-İran Müştərək Texniki Komissiyasının iclası başlayıb.

 

Modern.az xəbər verir ki, Azərbaycan nümayəndə heyəti toplantıda iştirak etmək üçün İranda səfərdədir.

 

Nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi Vüsal Ələkbərli, Naxçıvan Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev və digər rəsmi şəxslər daxildir.

 

İclasda “Ordubad” və “Marazad” su elektrik stansiyaları, o cümlədən, “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisinin başa çatdırılması üçün atılacaq növbəti addımlar müzakirə olunur.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi